Accessibility links

Müdafiə naziri Bəhreynə gedib


Azərbaycanın müdafiə naziri Bəhreynə rəsmi səfərə yola düşüb

Azərbaycanın müdafiə naziri Bəhreynə rəsmi səfərə yola düşüb

Səfər dekabrın 27-dək davam edəcək.

Müdafiə naziri Zakir Həsənov dekabrın 25-də Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

Səfər dekabrın 27-dək davam edəcək.

XS
SM
MD
LG