Accessibility links

Zakir Həsənovun Litva və Latviyaya səfərə gedib


Azərbaycan, Latviya və Litvanın bayraqları
Azərbaycan, Latviya və Litvanın bayraqları

Müdafiə naziri Zakir Həsənovun Litva və Latviyaya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək isə Latviyada rəsmi səfərdə olacaq.

Səfər zamanı nazir Həsənov hər iki ölkənin rəhbərliyi ilə görüşlər keçirəcək, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə edəcək, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsi aparacaq.

XS
SM
MD
LG