Accessibility links

Əsgər Bəhruz Nəsibov tibb müəssisəsinə təxliyə olunub

Ermənistan tərəfi ilə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Bəhruz Nəsibov sol qolundan yüngül yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatına görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

XS
SM
MD
LG