Accessibility links

Müdafiə naziri Naxçıvanda müşavirə keçirib


Zakir Həsənov
Zakir Həsənov

Azərbaycan müdafiə naziri Zakir Həsənov Naxçıvanda Ordu komandanlığı ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov ərazidə yerləşən və tikintisi davam edən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib.

"Ərazinin xüsusiyyətləri nəzərə alınmaqla Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasir tipli döyüş texnikası və hərbi nəqliyyat vasitələrinə baxış keçirilib" - deyə Nazirlik bildirir.

Məlumatda deyilir ki, müdafiə naziri ordunun silahlanmasında ən müasir döyüş texnikası, silah-sursat, rabitə, kəşfiyyat-müşahidə və digər müdafiə əhəmiyyətli hərbi cihaz və avadanlıqların olduğunu xüsusi vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG