Accessibility links

Tbilisidə Azərbaycan, Gürcüstan, Türkiyə müdafiə nazirləri görüşüb


Azərbaycan, Gürcüstan, Türkiyə müdagfiə nazirləri
Azərbaycan, Gürcüstan, Türkiyə müdagfiə nazirləri

Aprelin 2-də Tbilisiə Azərbaycan, Gürcüstan, Türkiyə müdafiə nazirləri Zakir Həsənov, Mindia Canelidze və İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçirilməsi planlaşdırılır.

XS
SM
MD
LG