Accessibility links

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbul şəhərinə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, üçtərəfli formatda keçiriləcək növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

XS
SM
MD
LG