Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşüb


Mayın 15-də Azərbaycanın Qəbələ şəhərində (Bakıdan 210 kilometr şimal-qərb) Azərbaycan müdafiə naziri Zakir Həsənov, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli və Türkiyə milli müdafiə naziri İsmət Yılmazın görüşü olub. Bu müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşüdür.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi və gələcək perspektivləri müzakirə edilib.

“3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub”, görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

Nazir müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumu imzalanmasının nəzərdə tutulduğunu deyib: “Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaqdır”.

Azərbaycan müdafiə naziri görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldığını, bölgədə sabitliyin təmin edilməsi yollarının birgə araşdırıldığını deyib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, xüsusən son zamanlarda münaqişə zonasında gərginliyin artması nəzərə alınmaqla ətraflı müzakirə etdik. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini və bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyini bir daha qeyd etdik", Həsənov bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG