Accessibility links

Müdafiə Nazirliyi: Naxçıvanda qoşunların təmas xəttində yerdəyişmə yoxdur


Cəbhə xətti

Cəbhə xətti

Mətbuat xidməti Ermənistan Ordusunun Naxçıvanda yüksəkliyi ələ keçirməsi ilə bağlı xəbərləri təkzib edib

Yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır. Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə "neytral ərazi" anlayışı ümumiyyətlə mövcud deyildir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəzi yerli KİV-lərdə Ermənistan Ordusunun Naxçıvan ərazisində yüksəkliyi ələ keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibətində deyilir.

Mətbuat xidməti bildirir ki, bu gün yerli elektron KİV-lərdə erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.

Ermənistan Müdafiə Nazirliyi bu məlumata hələ reaksiya verməyib.
XS
SM
MD
LG