Accessibility links

Müdafiə naziri dərhal zərbə endirilməsi barədə tapşırıq verib


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, müdafiə naziri Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə, iyulun 12-də Tovuz rayonunun (Bakıdan 424 kilometr qərb) Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində ikisi azyaşı olmaqla 3 nəfər mülki sakin yaralanıb.

Belə ki, iriçaplı patronun partlaması nəticəsində 12 yaşlı Nərmin, onun 8 yaşlı qardaşı Tuncay Xanbabayev və 44 yaşlı Durdanə Nağıyeva yaralanıb.

Hazırda xəstəxanada müalicə alan zərərçəkənlərin vəziyyətini həkimlər kafi qiymətləndirir.

Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliyinin və mülki vətəndaşların yaralanması ilə bağlı məlumatlara hələ şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG