Accessibility links

Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib


Müdafiə nazirliyi

Müdafiə nazirliyi

Azərbaycan müdafiə nazirinin müavini, maddi-texniki təminatb baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. O, ordu birləşmələrindən birinin komandan müavini təyin edilib. Q. Qarayevin yerinə isə polkovnik Fuad Məmmədov təyin olunub. Bu barədəAzeriDefence” saytı hərbi mənbələrı istinadən məlumat yayıb.

Sayt həmçinin bildirir ki, Müdafiə Nazirliyinin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Məlumatda deyilir ki, bir neçə gün öncə C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunub.

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatlarla bağlı şərh vermir.

XS
SM
MD
LG