Accessibility links

Müdafiə naziri Oklahoma milli qvardiyasının komandanı ilə görüşüb


Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı Mayls Dirinqlə görüşü

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı Mayls Dirinqlə görüşü

Hərbi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Avqustun 30-da Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı Mayls Dirinqi qəbul edib.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə müdafiə naziri son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən danışıb.

Səfər Əbiyev həmçinin sıx əməkdaşlıq məsələlərinin qurulmasında 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq tərəfdaşlığın dərinlişdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.

Mayls Dirinq Azərbaycanı Amerikanın yaxın dostu kimi dəyərləndirərək onun dünyada strateji ölkəyə çevrildiyini deyib.

O Azərbaycanın Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə təşəkkürünü bildirib.
XS
SM
MD
LG