Accessibility links

2014-cü ilin dövlət büdcəsinə müdafiə xərcləri 1 637 362 284 manat təşkil edəcək. Bu isə 2013-cü il ilə müqayisədə 108 779 701 manat çoxdur

2014-cü ilin dövlət büdcəsindən müdafiə sahəsinə 1 637 362 284 manat vəsait ayrılacaq.

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsinə görə, müdafiə xərclərinin 1 525 351 557 manatı müdafiə qüvvələrinə, 106 318 488 manatı milli təhlükəsizlik, 2 758 805 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 2 933 434 manatı digər kateqoriyalara xərclənəcək.

Xatırladaq ki, 2013-cü ilin dövlət büdcəsində müdafiə xərcləri 1528 582 583 manat təşkil edib.
XS
SM
MD
LG