Accessibility links

Ban Gi Mun: Böhranın əvəzini müəllimlər və uşaqlar ödəməli deyil


Ümumdünya Müəllimlər Günüdür
Ümumdünya Müəllimlər Günüdür

“Keyfiyyətli müəllim olmadan, keyfiyyətli təhsilə nail olmaq qeyri-mümkündür”. 5 oktyabr – Ümumdünya Müəllimlər günüdür.

BMT Baş katibi Ban Gi Mun müəllimlər günü münasibəti ilə dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirir ki, heç bir təhsil sistemi onun sahib olduğu müəllimlərdən daha yaxşı deyil.

“Müəllimlər təhsil keşikçiləridirlər, onlar bilik, bacarıq və dəyərləri təmsil edir. Müəllimlər, ən yaxşı halda, gənclərin istedad və təvəkkülünü aşkara çıxararaq onların daha məhsuldar vətəndaş kimi inkişaf etmələri üçün vasitəçi olur”.

Baş katib hesab edir ki, müəllimlər layiq olduqları diqqət və dəstəyi çox zaman əldə edə bilmir.

“Xüsusən qlobal iqtisadi böhran dövründə müəllimlərin üzləşdiyi çətinliklər və daşıdıqları böyük məsuliyyət “Ümumdünya Müəllimlər Günü” vasitəsilə bizə bir daha xatırladılır.
Böhranın əvəzini müəllimlər və uşaqlar ödəməli deyil; biz təhsil sistemimizi mövcud maliyyə təzyiqləri və büdcə sıxıntılarından müdafiə etməliyik”.

BMT-nin yeni qlobal təşəbbüs kimi irəli sürdüyüm prioritet məsələlərdən biri də “Education First” (“Öncə Təhsil”) proqramıdır.

“Məqsəd isə daha çox müəllim yetişdirmək və bu cür layihələrə cəlb etməkdir. Minilliyin İnkişaf Məqsədləri (MİM) çərçivəsində beynəlxalq ibtidai təhsil planına 2015-ci ilə qədər nail olmaq üçün dünya üzrə daha iki milyon müəllimə ehtiyacımız var. Müəllim çatışmazlığı uşaqların ibtidai təhsilə cəlb edilməsinin qarşısını almaqla yanaşı, məktəb və təhsil mühitində həyata keçirdiyimiz təşəbbüslərin əhəmiyyətini azaldır”, o qeyd edib.

Baş katibin fikrincə, müəllimlərin daha hazırlıqlı və daha inamlı olmaları təmin edilməlidir.

“Keyfiyyətli müəllim olmadan, keyfiyyətli təhsilə nail olmaq qeyri-mümkündür. Münasib iş şəraiti, yaxşı əmək haqqı və adekvat karyera imkanları ilə birgə ixtisasartırma da çox önəmlidir.

Tələbələrinin istedadlarını inkişaf etdirərək onlara yol göstərən müəllimlərin dünyada oynadıqları rol və göstərdikləri təsir çox böyükdür. Gəlin qəbul edək ki, müəllimlər üçün qoyulan sərmayə müdrik bir fəaliyyət nümunəsidir. Bizim daha güclü iqtisadiyyat, cəmiyyət və hər kəs üçün ləyaqətli və bərabər imkanlar təqdim edən gələcək qurmağımız üçün buna ehtiyacımız var”, Ban Gi Mun bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG