Accessibility links

Müəllimlər İnstitutunun Gəncə filialı və Kəlbəcər Təhsil şöbəsində saxtakarlıqlar aşkarlanıb


Rüşvət

Rüşvət

İnstitut 6235 tələbə barədə qanunsuz əmr imzalayıb, Kəlbəcər Təhsil şöbəsi isə saxta diplomla 26 nəfəri müəllim götürüb

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləriBaş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, AMİ-nin Gəncə filialının qiyabi şöbəsinə tələbə qəbulunun dayandırılmasına baxmayaraq, şöbənin fəaliyyətinin davam etdirılməsi nəticəsində ümumilikdə 6235 tələbənin həmin filialı bitirməsi, təkrar kursda qalması, akademik möhlət verilməsi barədə filialın vəzifəli şəxslərinin qanunsuz əmrlər imzalamasında, habelə Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin saxta diplomlar əsasında 26 müəllimi işə qəbul etmələrində şübhələr üçün əsaslar var.

Fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG