Accessibility links

Hind Okeanında yeni hissələrin tapıldığı da bildirilir

Malayziya nəqliyyat nazirinin sözlərinə görə, yoxa çıxan Malayziya təyyarəsinin qanadının bir hissəsinin keçən həftə tapıldığı Hind Okeanındakı Birlik adasında bir neçə başqa hissə də aşkar edilib.

Ancaq nazir Liou Tionq yeni tapılan oturacaq balışları, pəncərə şüşələri və başqa qalıqların Malayziya Havaya Yollarına məxsus MH370 təyyarəsinə aid olub-olmadığını deməyib.

Bu gün səhər saatlarında Malayziya baş naziri Nacib Razak təsdiq edib ki, keçən həftə tapılan qanad hissə MH370-ə aiddir. O, bu barədə bu gün daha ətraflı məlumat veriləcəyini də bildirib.

"715 günlük qeyri-müəyyənlikdən sonra bu gün ürək ağrısı ilə deməliyəm ki, beynəlxalq mütəxəssislərdən ibarət komanda əminliklə təsdiqləyir ki, Birlik adasından tapılan təyyarə qalıqları yoxa çıxmış MH370-ə aiddir" - deyə baş nazir bildirib.

Fransız təhqiqatçı bildirib ki, Paris laboratoriyasında əlavə analiz aparılacaq. Bu analizin nəticələrinin isə nə zaman açıqlanacağı hələlik bəlli deyil.

Təyyarə olmuş 236 sərnişin və ekipaj üzvünün ailələri cəmi bir hissənin onları həqiqətə yaxınlaşdırmadığını deyir.

Baş nazir ailələrə söz verib ki, qəzanın səbəbləri tapılmayanadək hökumət bu istiqamətdə fəaliyyətini dayandırmayacaq.

XS
SM
MD
LG