Accessibility links

İtaliyanın sahil keşikçiləri Somali və Eritreadan Aralıq dənizi vasitəsilə ilə ölkəyə pənah gətirən təxminən 6500 mühaciri xilas edib.

Liviyanın şimal sahilində başlanan missiya İtaliya sahil keşikçiləri, Sərhədsiz Həkimlər və Frontex, Avropa İttifaqının sərhədə nəzarət agentliyi tərəfindən koordinasiya edilib.

Bazar günü buna oxşar əməliyyat zamanı 1100-dən çox mühacir xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatı təxminən 106 min mühacirin uğurla İtaliyaya çatdığını, 2726 nəfərin isə səfər zamanı həlak olduğunu bildirib.

XS
SM
MD
LG