Accessibility links

Mühacirlərin Avropa mələyi [Video]


Mühacirlərin Avropa mələyi
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Mühacirlərin Mələyi kimi tanınan Naval Sufi qaçqınlara yardım edir

Mühacirlər Şimali Afrikadan İtaliyanın cənub sahillərinə gəlməyə davam edir. Aralıq dənizindəki qorxunc səfərdən sonra onları Avropada naməlum gələcək gözləyir. Siciliyanın Kataniya şəhərində bir qadın qaçqınlara yardım edir. Bu qadın “Mühacirlərin Mələyi” kimi tanınır.

Ən çox diqqət çəkən uşaqların sayıdır. Bəzi körpələr bir neçə həftəlikdir. Bu suriyalılar vətəndaş müharibəsindən qaçıblar. Onlar dənizdə balıqçı gəmisində 20 gün keçiriblər.

Avropanın Suriyadan Avropaya humanitar koridor yaratması və hər bir ölkənin mühacirlərinin bir qismini qəbul etməsi mümkün deyilmi?

Kataniyaya yetişmiş mühacirlər yorğundur. Onlar Aralıq dənizindəki ağır səfərdən sonra qayıqlardan çətinlliklə enir. Daha sonra onlar səfərə gecə Milana gedən qatarda davam edəcəklər.

Bu insanlar özləri ilə Suriyadakı dəhşətli əhvalatlarını gətiriblər.

“Onlar mənim evimi bombaladılar. Mənim dörd aylıq qızım öldü. Tavanın bir hissəsi onun üstünə düşmüşdü. Mənim daha iki oğlum var. Mən onları götürüb qaçdım.”

Ən azından Kataniyada onları gülər üz gözləyir. Naval Sufi Mərakeş əsilli italiyalıdır. Hər kəs onu “Mühacirlərin Mələyi” kimi tanıyır. O və onun dostları uşaqlara yemək və geyim paylayır. Bundan əlavə onlara məsləhətlər verir.

“Mən sizin hamınızı sevirəm. Siz mənim ailəmsiniz. Allah sizi qorusun və bütün arzularınıza çatasınız,”-deyə o , insanlara müraciət edir.

Sufi İtaliyada mühacirlərlə işləyən qrupun fəallarından biridir. Qrup “la rete”, yəni şəbəkə adlanır. Onların işinin bir hissəsi mühacirləri fırıldaqçılardan qorumaqdır.

“Məsələn, bu gün bir qrup fırıldaqçı onları adambaşı 500 avroya şimala aparmaq təklifi etdi. Mən mühacirlərə başa saldım ki, onların normal bir şəkildə, hətta polisin önündə belə, qatarla getməyə icazələri var."

Sufi mühacirlərə niyə kömək etdiyini başa salır.

“Mən axşam evə dönəndə özümü insan kimi hiss etmək istəyirəm. Özümü faciənin bir hissi kimi hiss etmək istəmirəm. Bu insanların qanının üstümdə olduğunu hiss etmək istəmirəm.”

Şimali Afrikadan yola çıxdıqdan sonra mühacirlər çox vaxt Sufiyə peyk telefonu vasitəsilə zəng edirlər ki, o, sahil təhlükəsizliyi xidmətinə xəbər versin. Bu ona “SOS xanım” ləqəbini qazandırıb.

Bu ayın əvvəli Liviya sahilində qayığın aşması nəticəsində 900-dən çox mühacir ölüb. Sufi isə deyir ki, Avropanın hərəkətə keçməməsi qəddarlıqdır.

Mən axşam evə dönəndə özümü insan kimi hiss etmək istəyirəm. Özümü faciənin bir hissi kimi hiss etmək istəmirəm. Bu insanların qanının üstümdə olduğunu hiss etmək istəmirəm
Naval Sufi

“Avropanın Suriyadan Avropaya humanitar koridor yaratması və hər bir ölkənin mühacirlərinin bir qismini qəbul etməsi mümkün deyilmi? Biz insan haqlarından xəbərdar olan demokratik ölkələr hesab olunuruq. Lakin bəlkə də indi bunun təkcə kağız üzərində olduğunu anlayırıq, çünki 900 insan sadəcə rəqəm deyil.”

Bu mühacirlər o dəhşətli səfərdən xilas olunublar. İndi onlar yeni qorxular və çətinliklərlə üzləşirlər. Naval Sufi platformada Suriya bayrağını dalğalandırır və mühacirləri güclü olmağa çağırır.

O, sabah Avropanın bu cənub sahilinə gələn digər mühacirlərə kömək etmək üçün yenidən buraya gələcək.

XS
SM
MD
LG