Accessibility links

Mühacirət qanunları yenidən gündəmdədir


Mühacirət qanunları yenidən gündəmdədir
Mühacirət qanunları yenidən gündəmdədir

Mühacir hüquqlarının müdafiəçiləri və ABŞ prezidenti Barak Obama DREAM adlanan xarici azlıqların İnkişaf, Yardım və Təhsil qanununun təsdiqinə çağırır.

ABŞ-ın Ali Məhkəməsi Arizona ştatının qeyri-qanuni mühacirləri işlə təmin edən şirkətlərin cəzalandırılması qanununa dair dinləmələr keçirir. 2007-ci ildə əldə edilən qanuna əsasən bu kimi şirkətlərin lisenziyaları dondurulmalıdır.ABŞ-ın Ticarət Palatası qanunun Konqresin 1986-cı ildə qəbul etdiyi federal mühacirət qanunlarına zidd olduğunu bildirərək, qanunun əleyhinə çıxış edir. Arizona ştatı qanunun qeyri-qanuni mühacirətin səbəb olduğu cinayətkarlıqla mübarizə və sərhədlərin müdafiəsi üçün labüd hesab edir. Bu gün eyni zamanda Senatın demokrat nümayəndələri on minlərlə gənc və xaricdə doğulub valideynləri tərəfindən qanunsuz şəkildə Amerikaya gətirilən uşaqların statusunun qanuniləşdirilməsi məsələsini müzakirə edir. Nümayəndələr Palatasının qanunvericiləri də məsələni gündəmə çıxarmalıdır. Mühacir hüquqlarının müdafiəçiləri və ABŞ prezidenti Barak Obama DREAM adlanan Xarici Azlıqların İnkişaf, Yardım və Təhsil qanununun təsdiqinə çağırır.

XS
SM
MD
LG