Accessibility links

Məhəmməd Əli irsi [Video]


30 il Parkinson xəstəliyindən əzab çəkən əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında vəfat etdi. “Sports Illustrated“ jurnalı dəfələrlə Olimpiya çempionu və peşəkar boksçunu “XX əsrin İdmançısı” adlandırmışdı.

Kentukkili rəssamın oğlu boksa məhəllələrində velosipedi oğurlanandan sonra başlamış və məşqçisi o zaman adı Kassius Kley olan bu uşağın böyük istedadı olduğunu demişdi. O, ilk dəgə Olimpiya çempionlu adını 1964-cü ildə məşhur boksçu Sonni Listona qalib gələrək qazanmışdı.

Washington Post qəzetinin idman bölməsinin müxbiri Mayk Vays idmançının üstünlüyü iki əli ilə döyüşərək, onun sözləri ilə “ dinomit əlləri“ ilə qazandığını deyirdi. “Yəqin ki, o, Amerikada ilk oğlan, ilk idmançı idi ki, lovğalanmağa haqqı var idi. O zamanlar ona bənzər heç kim yox idi.”

Bu döyüşdən sonra Kley İslama üz tutdu və adını dəyişərək, dünyaya Məhəmməd Əli kimi tanındı. Lakin 3 il sonra dinini səbəb gətirərək, ABŞ ordusu ilə Vyetnam müharibəsinə getməkdən imtina etdiyinə görə, ittihamlarla üzləşdi. Əliyə hərbi qulluqdan yayınma ittihamı irəli sürüldü, çempionluq titulu əlindən alındı və boksdan uzaqlaşdırıldı. Lakin 3 ildən sonra. 1970-ci ildə Ali Məhkəmənin qərarı ilə ona qarşı irəli sürülən ittihamlar ləğv edildi.

Rinqə qayıdandan bir neçə ay sonra Əli ilk dəfə yeni çempion, ağır çəkili Co Freyzerə yenildi. Lakin az sonra Co Freyzerlə ikinci döyüşdə yenidən qələbə qazandı.

Digər böyük döyüş Corc Frimenlə idi. Əli və Frimenin çempionluq uğrunda döyüşü 1974-cü ildə Mərkəzi Afrikanın keçmış Zair ölkəsində keçirildi. Bu matçın adı “Cəngəllikdə döyüş” qaldı. Məhəmməd Əli: “Mən timsahla döyüşmüşəm, mən şimşəklə döyüşmüşəm, Elə keçən həftə mən qayanı öldürdüm, daşı yaraladım, kərpici xəstəxanaya göndərdim. Mən dərmanı da xəstə edirəm.”

Bundan sonra Əli üçüncü, sonuncu dəfə Freyzerlə döyüşdü. Bu döyüş 1975-ci ilin sonunda Filippində keçirilirdi və bu döyüşün adı “Manilada triller” idi. Əli 14 raund keçirilən döyüşən də qalib çıxdı.

Bir neçə il sonra, 1984-cü ildə əfsanəvi Məhəmməd Əliyə Parkinson diaqnozu qoyulur. O artıq nə kəpənək kimi pərvazlana, nə də arı kimi sanca bilirdi. Lakin onun aicənablığı və insanpərvərliyi dünya boyu çoxlarına ilham verirdi. “Məhəmməd Əli sevilirdi. O, ürəyin bir parçası idi və mən düşünmürəm ki, kimsə belə sevilsin” deyə, Mayk Vays bildirir.

Eşq və ya nifrət olsa belə, Məhəmməd Əli insanlarda hissiyat oyadırdı. Bu isə Məhəmməd Əli irsini onun boksçu kimi uğurundan daha çox yaşadacaq.

XS
SM
MD
LG