Accessibility links

74 yaşında vəfat edən əfsanəvi amerikalı boksçu Məhəmməd Əli iyunun 10-da dəfn ediləcək.

Dəfn mərasimi boksçunun doğulduğu Kentuki ştatının Luisvill şəhərində keçiriləcək.

Ailəsi bildirib ki, kim Məhəmməd Əli ilə vidalaşmaq istəyirsə, mərasimdə iştirak edə bilər. Mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton nitq söyləyəcək.

Məşhur komediya ustası Billi Kristal və idman yazarı Brayant Qambel də mərasimdə çıxış edəcək.

Bütün dövrlərin ən yaxşı boksçusu kimi qəbul edilən Məhəmməd Əli 74 yaşında parkinson xəstəliyindən vəfat edib.

O, 1964-cü ildə amerikalı boksçu Sonni Listona qalib gələrək ilk dünya çempionu adını qazanmışdı. Məhəmməd Əli 3 dəfə dünya çempionu adı qazanan ilk boksçu olub, çıxış etdiyi 61 qarşılaşmadan 56-da qalib gəlib. 1981-ci ildə boksdan ayrılıb.

Ailəsinin Cassius Marcellus Clay Jr. Adı verdiyi Məhəmməd Əli 22 yaşında islam dinini qəbul etmişdi.

XS
SM
MD
LG