Accessibility links

Məhəmməd Əli doğma şəhərində dəfn ediləcək


ABŞ-ın boks üzrə əfsanəvi dünya çempionu Məhəmməd Əlinin bazar günü cəsədi vətəni Kentuki ştatının Luisvill şəhərinə gətirilib.

74 yaşlı Əli cümə günü axşam saatlarında Parkinson xəstəliyinin ağırlaşması səbəbindən vəfat edib. Maşın karvanı cənazəni təyyarəyə gətirdikdən sonra cənazə Arizona ştatından onun yerə tapşırılacağı vətəninə yola düşüb.

Doğma şəhərində dəfn ediləcəyinə görə fərqli təriqət üzvləri mərhumun xatirəsini yad etmək üçün Luisvil İslam Mərkəzi önünə toplaşıb. .

Luisvil sakinləri cümə gün onun şərəfinə şəhər boyu parad keçirəcək. Bunu ardınca isə idman arenasında ictimai dəfn mərasimi keçiriləcək. Sabiq ABŞ prezidenti Bill Klinton mərasimdə çıxış edənlər arasında olacaq.

Əli 1942-ci ildə Kassius Klay adı ilə dünyaya gəlib. Lakin ağırçəkililər arasında dünya çempionu olduqdan sonra İslam dinini qəbul edərək adını dəyişib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG