Accessibility links

Ailə sözçüsünün bildirdiyinə görə, Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan və İordaniya kralı II Abdulla əfsanəvi boksçusu Məhəmməd Əlinin bu həftənin sonunda keçiriləcək dəfn mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlara gələcək.

Bob Qannel həyatını əks etdirən anım mərasiminin keçirilməsinin Məhəmməd Əlinin öz arzusu olduğunu deyib.

O, uzun illər Parkinson xəstəliyindən əzab çəkən və 74 yaşında dünyasını dəyişən Məhəmməd Əlinin dəfn mərasimini ölümündən əvvəl planlaşdırdığını bildirib.

Məhəmməd Əli cümə günü doğulduğu Kentukki ştatının Luisvil şəhərində dəfn ediləcək. Əlinin köhnə dostu, Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton dəfn mərasimində nitq söyləyəcək.

Mərasimdə eləcə də Amerikanın komediya ustası Billi Kristal və Məhəmməd Əlinin qızı Məryam da danışacaq.

XS
SM
MD
LG