Accessibility links

Müharibə cinayətləri ittihamı ilə üzləşən Sudan prezidenti Çinə səfərə hazırlaşır


Sudan prezidenti Ömər Əl-Bəşir

Sudan prezidenti Ömər Əl-Bəşir

Çinin Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətləri ittihamları ilə əlaqədar axtarışda olmasına baxmayaraq, Sudan prezidenti Ömər Əl-Bəşirin bu ayın sonu Pekinə səfər edəcəyini bildirir. Nazirliyin sözçüsü Hold Li bu barədə məlumatı bu gün açıqlayıb və deyib ki, cənab Bəşir Çinə 4 günlük səfərinə iyun ayının 27-də başlayacaq. Sözçü cənab Bəşir və Çin prezidenti Hu Tsintaonun Sudanın şimalı və cənubu arasında sülh prosesi və Darfur regionunda vəziyyət daxil olmaqla, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklərini deyib.

XS
SM
MD
LG