Accessibility links

Əmək pensiyası alan müharibə veteranlarının müavinətləri dayandırılıb


Müharibə veteranları
Müharibə veteranları

Dövlət Sosial Müdafiə Fond bunu prezidentin 2006-cı il fevralın 7-də imzaladığı “Sosial müavinətlər haqqında” qanuna istinadən etdiyini bildirib. Veteranlar etiraz piketi keçirəcəyini bildirib.

2012-ci ilin may ayında əmək pensiyası alan müharibə veteranlarına kommunal, nəqliyyat və digər xərclərin müqabilində verilən müavinətlər dayandırılıb. Bu Ehtiyatda və İstefada olan Zabitlər, Hərbiçilərin Hüquqlarını Müdafiə və Silahlı Qüvvələr Veteranları İctimai Birliklərinin təşkil etdiyi dinləmələrin əsas müzakirə mövzusu olub. Müzakirələrdə həmçinin Qarabağ müharibəsi veteranlarına qarşı münasibət tənqid edilib.
Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli dinləmələrin müharibə veteranlarının Dövlət Sosial Müdafiə Fonduna etiraz tədbiri olduğunu deyib. “Bu veteranlara qarşı Dövlət Sosial Müdafiə Fondunun təxribatdır”, o bildirib.
Cənab Cəfərlinin sözlərinə görə, 2001-ci ildə Azərbaycan hökuməti müharibə veteranları və əlillərinə sosial güzəştləri ləğv etdikdən sonra bunun müqabilində əlil və veteranlara fərqli yanaşma olub. Kateqoriyalarından asılı olaraq əlil və veteranlara 11 manatdan başlayaraq 70 manatadək müavinətlər verilib. “Dövlət Sosial Müdafiə Fondu isə əvvəldən insanların bərabərlik hüququnu pozduğu kimi, mayın 1-də bunu davam etdirib. Belə ki, mayın 1-də əmək pensiyası alana bütün veteranların müavinətlərını dayandırıb. Bizim Sorğumuza cavabda bildirir ki, Fond bunu prezidentin 2006-cı il fevralın 7-də imzaladığı “Sosial müavinətlər haqqında” qanuna istinadən edib. Sual olunur, qanun niyə imzalandıqdan 6 il sonra icra olunub. Qanunun icra olunmamasına görə hüquqi məsuliyyəti kim daşıyır. Hansı səbəbdən müavinətlərin dayandırılacağı ilə bağlı qabaqcadan insanlar xəbərdar edilməyib, səbəbləri izah olunmayıb”.
Dinləmələrdə iştirak edən veteranlar hökumətin Qarabağ müharibəsi veteranları ilə bağlı siyasətini kəskin tənqid edib. “İndi faktiki olaraq veteranlar üçün nəzərdə tutulan güzəştlərin heç biri işləmir. Pulsuz müalicə güzəşti həkimlərin insafından asılıdır, pulsuz dərmanların verilməsi məsələsində böyük problem var, bizə lazım olan dərmanlar pulsuz verilən dərmanların siyahısında yoxdur, istirahət hüququ ilə bağlı güzəşt ümumiyyətlə yerinə yetirilmir. Avtomobil və mənzillə təmin olunmaq hüquqlarımızın yerinə yetirilməsində bürokratik problemlər yaşayırıq”, - deyə Əfqanıstan və Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib.
Qarabağ müharibəsi veteranı Daşdəmir Əliyev isə veteranların işə qəbulu məsələsində ciddi problemlərdən danışıb. Əksər müəssisələr 25 yaşınadək qızları, 35 yaşınadək oğlanları işə qəbul edir. Başqa ölkələrdə müəssisələr işə götürdüyü müharibə veteranları ilə fəxr edir, Azərbaycanda isə iş yerlərində veteranlara qarşı yaxşı münasibət yoxdur. “Mən Silahlı Qüvvələrdə 27 il qüsursuz xidmət edən zabitəm, Qarabağ müharibəsinin veteranıyam. Lakin “Group 1 Sekurity” şirkəti hüquqlarımı tələb etdiyimə görə işdən qovub. İşdən qovulmağıma baxmayaraq 6 il məzuniyyətə getmədiyim müddət üçün əmək haqqımı ödəməkdən də boyun qaçırır və saxta sənədlər tərtib edərək məndən 2850 manat pul tələb edir. Budurmu vətəni qoruyan insanın haqqı? ”, - deyə D.Əliyev sual edib.
Dinləmələrdə iştirak edənlər 10 gün müddətində Sosial Müdafiə Fondunun veteranlara rəsmi və qanunlara söykənəm inandırıcı cavab verməsi tələb edilib. Bu olmazsa müharibə əlilləri və veteranları birlikləri Fondun binası qarşısında etiraz piketi keçirəcək. Xahişlərinə baxılmazasa, daha sonra isə veteranlar mitinqlərə başlamaq fikrindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG