Accessibility links

Mühüm praymeriz ərəfəsində rəqibləri Mitt Romninin ictimai dəstəyini zəiflətməyə çalışır

  • Amerikanın səsi

Mühüm praymeriz ərəfəsində rəqibləri Mitt Romninin ictimai dəstəyini zəiflətməyə çalışır

Mühüm praymeriz ərəfəsində rəqibləri Mitt Romninin ictimai dəstəyini zəiflətməyə çalışır

Nyu Hempşir ştatında keçiriləcək praymerizə bir gün qalmış Respublikaçı prezidentliyə iddialılar sabiq Massaçusets qubernatoru Mitt Romninin namizədliyi qazanmasının qarşısını almağa çalışırlar.

Çoxları Mitt Romninin sabahkı səsvermədən qalib çıxacağını güman edir. Amma rəqibləri hələ də Romninin ictimai dəstəyini azaltmağa ümidlərini üzməyiblər.

Tənqidlərin əksəriyyəti Romninin milyonlarla dollar pul qazandığı özəl sektordakı fəaliyyətinə yönəlib.

Sosial mühafizəkar Rik Santorum ötən həftə Ayova kokuslarında Mitt Romniyə cəmi səkkiz səs fərqi ilə uduzdu. Nyu Hempşirədki kampaniya nümayişləri zamanı o, Romninin biznes təcrübəsini prezidentlik üçün böyük əhəmiyyət kəsb etməsi haqda fikirləri aradan qaldırmağa çalışıb.

Bir çoxları deyirlər ki, Romni aldğı şirkətlərdən işçiləri ixtisara salmaqla milyonlarla dollar qazanıb.

XS
SM
MD
LG