Accessibility links

İKT sahəsində ən uğurlu qadınlara “AWITA 2017” mükafatı verilib


Mükafat alan qadınlar

Mükafat alan qadınlar

Yanvarın 26-da Bakıda Beynəlxalq Muğam Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan ən qabaqcıl və uğur qazanmış qadınlara “AWITA 2017” - The Women in IT Award mükafatlarının təqdimatı mərasimi keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən təşkil olunan mərasim özündə 300-ə yaxın peşəkarları və müxtəlif qonaqları birləşdirir.

“FEMMES DIGITALES” təşkilatı

“FEMMES DIGITALES” təşkilatı

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycanda səfiri Robert Sekuta və onun həyat yoldaşı, Milli Məclisin deputatı Tahir Mirkişili və digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Bu il yalnız kişilərdən ibarət olan və müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti 15 nominasiya üzrə qalibləri seçib. Belə ki, qaliblər aşağıdakı nominasiyalar üzrə seçiliblər.

XS
SM
MD
LG