Accessibility links

Artilleriya zərbəsi nəticəsaində mülki vətəndaş ölüb


Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb. Bu barədə APA agentliyinin məlumatında deyilir.

Ermənilərin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini Qaraş Dadaşov həyatını itirib.

Agentlik bildirir ki, aprelin 4-də erməni silahlı qüvvələri Ağdam rayonun Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.

Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.

Xatırladaq ki, aprelin 2-dən başlayan hərbi qarşıdurma nəticəsində Azərbaycanın onadək mülki vətəndaşı həyatını itirib, çoxsaylı mülki insan yaralanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG