Accessibility links

Admiral Mallen Cənubi Koreyaya Şimaldan təhlükələrin davam etdiyinə dair xəbərdarlıq edib

  • Amerikanın səsi

Admiral Mallen Cənubi Koreyaya Şimaldan təhlükələrin davam etdiyinə dair xəbərdarlıq edib

Admiral Mallen Cənubi Koreyaya Şimaldan təhlükələrin davam etdiyinə dair xəbərdarlıq edib

Amerikanın yüksək səviyyəli hərbi rəsmisi, admiral Mayk Mallen deyib ki, Şimali Koreya Cənubi Koreya üçün ciddi təhlükə təşkil edir. ABŞ-ın Birgə Qərargahlar rəsiri bu gün Seulda müxbirlərə deyib ki, təcrid olunmuş Şimali Koreya rejiminin nüvə silahları əldə etmək səylərindən geri çəkildiyinə dair heç bir işarə yoxdur. Admiral Mallen bu açıqlamaları general Ceyms Turmanın ABŞ-ın Cənubi Koreyada 28 min nəfərlik əsgəri qüvvəsinin komandanı kimi təqdimatı mərasimindən sonra verib. Turman öz növbəsində deyib ki, ABŞ-Cənubi Koreya alyansı Koreya yarımadasında qeyri-sabitlik yaratmaq məqsədilə hər hansı təxriabtın qarşısını almağa hazırdır. Mallen Cənubi Koreyaya Çinə dörd günlük səfərindən sonra gedib. Səfər zamanı ABŞ admiralı Çinin hərbi bazalarında olmuşdur.

XS
SM
MD
LG