Accessibility links

"Ya üsyana son qoyun, ya da vətəndaş müharibəsinə hazır olun"


"Ya üsyana son qoyun, ya da vətəndaş müharibəsinə hazır olun"
"Ya üsyana son qoyun, ya da vətəndaş müharibəsinə hazır olun"

Müəmmar Qəzzafinin oğlu Liviya xalqına xəbərdarlıq etdi

Liviya lideri Müəmmar Qəzzafinin ikinci oğlu Səif Əl-İslam ölkədə pisləşən vəziyyət barədə iğtişaşlar başlayandan bəri səssizliyini pozmayan atasının əvəzindən açıqlama verib. Liviya televiziyası ilə yayımlanan çıxışda 38 yaşlı Səif Əl-İslam Qəzzafi üsyana son qoyulacağı təqdirdə siyasi islahatlar həyata keçiriləcəyini təklif etsə də, əks halda vətəndaş mübaribəsi və colonial qaydalara geri dönmək barədə xəbərdarlıq edib. Səif Əl-İslam Liviya hökumətində Qəzzafi Xeyriyyə Fondunun rəhbəri vəzifəsini tutur. İngilis dilində səlis danışan və London İqtisadiyyat Məktəbinin məzunu olan Səif Liviyanı son illərdə Qərblə əlaqələri inkişaf etdirmək məqsədi daşıyan danışıqlarda təmsil edib.

XS
SM
MD
LG