Accessibility links

Müəmmar Qəzzafinin siyasi varisi hakimiyyətın hələ də atasının əlində olduğunu deyib (Yenilənib)

  • Nərminə Cəlalqızı

Seif al-Islam

Seif al-Islam

NATO Liviyada əməliyyatların davam etdiyini və döyüşlərin Müəmmar Qəzzafinin düşərgəsi yaxınlığında getdiyini bildirib. NATO sözçüsü bu gün Brüsseldə müxbirlərə deyib ki, hərbi əməliyyatlar mülki vətəndaşların təhlükəsizliyi tam təmin olunmayana qədər davam edəcək.

Müəmmər Qəzzafinin siyasi varisi sayılan Seyf Əl-İslam şəhərə çıxaraq hakimiyyətın hələ də atasının əlində olduğunu deməsindən sonra Liviya paytaxtı Tripolidə yenidən döyüşlər başlayıb. Ən ağır döyüşlərin Qəzzafinin Bab Əl-Əziziyə düşərgəsi yaxınlığında getdiyi və şəhərin müxtəlif hissələrində atəş və partlayış səslərinin eşidildiyi deyilir. Üsyançılar isə şəhərin böyük hissəsinə nəzarəti ələ aldıqlarını deyirlər.

Müxalifət qüvvələri Seyf Əl-İslam Qəzzafini ələ keçirdiklərini desələr də, o, hökumətin nəzarətində olan Rixos mehmanxanasında jurnalistlərin qarşısına çıxmışdır. Bundan sonra isə Seyf Əl-İslam şəhərə çıxmış və televiziyada tərəfdaşlarının onu hərarətlə qarşıladıqları nümayiş etdirilmişdir.

XS
SM
MD
LG