Accessibility links

Müəmmar Qəzzafinin yeni audio mesajı yayımlanıb


Müəmmar Qəzzafinin yeni audio mesajı yayımlanıb
Müəmmar Qəzzafinin yeni audio mesajı yayımlanıb

Liviyanın sabiq lideri Müəmmar Qəzzafinin yeni audio mesajında deyilir ki, Liviyada baş verənlər NATO hava hücumlarının köməyi ilə olub. O, qeyd edib ki, NATO hava hücumları daim olmayacaq. Mesaj bu gün Suriyanın Əl-Rai televiziya kanalı ilə yayımlanıb. Kanal cənab Qəzzafinin bir neçə mesajını yayımlayıb. Müvəqqəti hökumət qüvvələri paytaxt Tripolini ötən həftə ələ keçirdikdən sonra cənab Qəzzafi heç yerdə görünməyib. Bu arada Liviyanın müvəqqəti hökumətinin qüvvələri səhra şəhəri Sabhada hava limanı və başqa mühüm obyektlərə nəzarəti ələ keçiriblər. Bu şəhər cənab Qəzzafinin son istinadgahlarındandır.

XS
SM
MD
LG