Accessibility links

Qəzzafi BMT-nin qərarına əməl etməyincə, hava hücumları davam etdiriləcək

  • Amerikanın səsi

Qəzzafi BMT-nin qərarına əməl etməyincə, hava hücumları davam etdiriləcək

Qəzzafi BMT-nin qərarına əməl etməyincə, hava hücumları davam etdiriləcək

Dünya ölkələrinin diplomatları London görüşü zamanı Liviya prezidenti Müəmmər Qəzzafi BMT-nin mülki vətəndaşların müdafiəsi göstərişinə əməl etməyincə, hava hücumlarının davam etdirilməsinə qərar verib. Müzakirələr zamanı Qətərdə Liviyanın gələcəyinə dair danışıqlara təmas qrupunun göndərilməsi barədə də razılıq əldə edilib. 40 ölkənin xarici işlər nazirləri bu gün Qəzzafinin hakimiyyətən uzaqlaşdırılması ehtimalını müzakirə edərək, onun Liviyaya rəhbərlik legitimliyini itirdiyini bildirib. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, dünya qüdrətləri Qəzzafi qüvvələrinin həyata keçirdiyi kütləvi qırğınların qarşısını almalıdır. BMT-nin baş katibi Ban Ki Mun döyüşlərin dayandırılmasına çağırıb. London görüşündə Ərəb Liqası və Afrika Birliyinin təmsilçiləri də iştirak edib.

XS
SM
MD
LG