Accessibility links

Müəmmər Qəzzafi atəşkəsə dair yol xəritəsini qəbul edib


Müəmmər Qəzzafi atəşkəsə dair yol xəritəsini qəbul edib
Müəmmər Qəzzafi atəşkəsə dair yol xəritəsini qəbul edib

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumanın rəhbərliyi ilə Liviya paytaxtına gedən bir qrup Afrika lideri deyib ki, Müəmmər Qəzzafi hökumət əleyhdarı üsyançılarla atəşkəsə dair yol xəritəsini qəbul edib.

Afrika Birliyi rəsmilərinin sözlərinə görə, təklif təcili atəşkəsə, üsyançılarla hökumət arasında danışıqlara, Liviyada əcənəbilərin mühafizəsinə və mülki vətəndaşlara humanitar yardımın genişləndirilməsinə çağırır.

Cənab Zuma deyib ki, birlik nümayəndələri planı müxalifət liderlərinə təqdim etmək üçün üsyançıların Benqazidəki istehkamını ziyarət edəcək. Üsyançılar cənab Qəzzafinin istefasından başqa heç bir planı qəbul etməyəcəklərini bildirib. Liviya rəsmiləri isə onun istefa verməyəcəyini dilə gətirir.

XS
SM
MD
LG