Accessibility links

Münhendə ticarət mərkəzində atışma olub


Police secure a street near the scene of a shooting in Munich, Germany July 22, 2016.

Police secure a street near the scene of a shooting in Munich, Germany July 22, 2016.

Almaniya polisi cümə günü axşam saatlarında Münhendə yerləşən bir ticarət mərkəzində atışma olduğunu təsdiq edib. Atışma nəticəsində 8 nəfərin öldüyü bildirilir. Hadisə yerinə çox ayda polis səfərfər edilib.

Rəsmilər hadisənin terror aktı olmasından şübhələnirlər.

“Alış-veriş mərkəzində böyük əməliyyat keçirilir,” Münhen polisinin Twitter hesabında bildirilib.

Münhen polisi tez-tez Twitter vasitəsilə vətəndaşlara şəhərdəki icitmai yerlərdən uzaq durmaq barədə xəbərarlıq edir. Silahlı şəxs və ya şəxslər hələ də axtarışdadır.

Hücuma görə kimin cavabdeh olduğu barədə hələlik məlumat yoxdur.

Almaniya mətbuatı Münhendə yerləşən Olimpiya alış-veriş mərkəzində törədilən silahlı atışmada bir neçə nəfərin öldüyünü, daha çox insanın yaralandığını bildirir.

Bu atışmadan bir həftə öncə isə Almaniyanın Vurzburq şəhərində 17 yaşlı əfqan qaçqın polis tərəfindən öldürülməzdən əvvəl qatarda bir sıra sərnişinə balta ilə hücum edərək dörd nəfəri yaralayıb. İslam Dövləti qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İyun ayının ikinci yarısında maskalı bir şəxs Frankfurt yaxınlığında Viernhaym şəhərində yerləşən kinoteatrda atəş açaraq bir neçə nəfəri yaralayıb. Xüsusi təyinatlı polis qüvvələri silahlı şəxsin bir neçə nəfəri girov götürdüyü kinoteatrda reyd keçirərək onu qətlə yetirib. Girovların hamısı xəsarət almadan xilas edilib.

XS
SM
MD
LG