Accessibility links

Xarici Işlər Nazirliyi: Münhendəki atışmada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur


“Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” - deyə H. Hacıyev qeyd edib.

İyulun 22-də Almaniyanın Münhen şəhərində baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb. Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG