Accessibility links

Məhsa Mehdili: Azərbaycan üçün savaşacağam! [Audio]


Doğma Urmiyə şəhərinə qayıtdıqdan sonra İranın xüsusi xidmət orqanları tərəfindən həbs olunmuş milli fəal Məhsa Mehdili bu günlərdə Türkiyədə sığınacaq tapıb. Amerikanın Səsinə müsahibədə Məhsa xanım milli dirilik uğrunda mübarizə yolu və üzləşdiyi sınaqları nəql edir.

Urmiyədə ikən siyasi fəaliyyətə başlayan Məhsa xanım tələbəlik illərində Azərbaycan türkcəsinin təşviqatı istiqamətində işlər gördüyünü və Türkiyəyə ali təhsil dalınca getdikdən sonra bu fəaliyyəti genişləndirdiyini bildirib.

Məhsa xanım İran Azərbaycanına qayıtdıqdan az sonra yaxın qohumunun evində Ettelaat tərəfindən həbs olunaraq günlərlə məhbəsdə saxlanılıb. Bu müddət ərzində gözübağlı şəkildə uzun-uzadı sorğu-suala tutulduğunu deyən Məhsa xanım Azərbaycan xalqının hüquqları uörunda mübarizəsindən dönməyəcini bildirib.

Məhsa xanımın sözlərinə görə bütün İran Azərbaycanı boyunca milli oyanış baş verir və artan sayda Azərbaycan türkləri milli kimliklərini qorumaq uğrunda mübarizəyə qatılırlar.

Məhsa Mehdili ilə söhbəti Kanadada qərargahlanan müxbirimiz İnsafəli Hidayət aparıb:

Məhsa Mehdili: Azərbaycan üçün savaşacağam!
please wait

No media source currently available

0:00 0:28:17 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG