Accessibility links

Azərbaycanlı muğam ifaçısı Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirir


Azərbaycanlı siyasi məhbus İsmayıl Bərzigəri həbsxananın klinikasına aparılıb və orada ağır işgəncəyə məruz qalıb

Tehranın “Evin” həbsxanasının 350-ci korpusunda saxlanılan tanınmış azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.

APA agentliyinin məlumatına görə, buna səbəb səhhətində ciddi problem yaranmış İsmayıl Bərzigəriyə müalicə alması üçün lazımi şəraitin yaradılmamasıdır.

Məlumata görə, azərbaycanlı siyasi məhbus həbsxananın klinikasına aparılıb və orada ağır işgəncəyə məruz qalıb. Nəticədə İ.Bərzigəri boyun nahiyəsindən ağır yaralanıb, aldığı zərbələrdən dodaqları şişib.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan müğənni, muğam ifaçısı İsmayıl Bərzigəri 2011-ci ilin iyununda həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib. Azərbaycanlı siyasi fəal mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib.

Müttəhim saxlandığı şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-də də aclıq aksiyası keçirib. Nəticədə İsmayıl Bərzigəri dəfələrlə qan təzyiqi düşdüyünə görə zindanın klinikasına aparılıb, hətta onun 11 günlük kliniki ölüm keçirdiyi də bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG