Accessibility links

Müqəddəs kitablarla necə rəftar etməli?


Müqəddəs kitablarla necə rəftar etməli?
Müqəddəs kitablarla necə rəftar etməli?

Dünyada üç böyük dinin müqəddəs kitabları ilə rəftara dair fərqli qaydalar müəyyən edilib.

İslam – Quran istifadədən yalnız o şərtlə çıxarıla bilər ki, mətndə səhv olsun, yaxud da nüsxə yararsız hala düşsün. Belə olan hallarda dinşünaslar Quranın parçaya bükülərək torpağa basdırılmasını və yaxud mətnin su ilə yuyulmasını tövsiyə edirlər.

Roma Katolikləri – Katoliklər İncil yararsız hala düşdükdən sonra onu basdıra bilərlər, amma Orta Əsrlərdə dua mərasiminin tərkib hissəsi kimi İncillər yandırılıb.

Protestantizm – Protestanlarda dini mətnlərlə rəftara dair qaydalar yoxdur, çünki onlar fiziki mətni deyil, onun içindəki düşüncəni ilahi hesab edirlər.

Yudaizm – Yudaizmdə Allahın adı olan hər hansı bir mətn basdırılmalıdır, yaxud "Geniza" deyilən otağa qoyulmalıdır. Yəhudi qəbiristanlıqlarında müqəddəs mətnlər üçün adətən xüsusi məzarlar olur. Bəzi amerikalı ravinlər Tövratın yenidən emal olunmasını da məqbul hesab edirlər.

XS
SM
MD
LG