Accessibility links

Şiə ruhani İraqda türk girovların azad edilməsinə çağırıb


Müqtəda Əl-Sədr
Müqtəda Əl-Sədr

İraqda nüfuzlu şiə ruhani Müqtəda Əl-Sədr keçən həftə Bağdadda Türkiyənin 18 vətəndaşının oğurlanmasını qınayıb və hökumətə onların azad edilməsi səylərində öz yardımını təklif edib.

Sədr bu bəyanatı İraqın baş ruhanisi Ayətullah Əl-Sistaninin türk girovların azad edilməsi çağırışından sonra verib.

Nurol Holding şirkətinin işçiləri olan Türkiyə vətəndaşlarının cümə günü videosu nümayiş etdirilib. Onlar sentyabrın 2-də Bağdadın əsas etibarilə şiələrin yaşadığı Sədr hissəsində oğurlanıb aparılmışlar. Lakin girovdarların şiə qrupuna mənsub olub-olmaması hələlik aydın deyil.

Girovdarlar Ankaranın onların tələblərini qəbul etmədiyi təqdirdə Türkiyənin İraqda maraqlarını hədəf alacaqları ilə hədələyib. Bu tələblərə Türkiyədən İraqa yaraqlılarının keçə bilməsinin qarşısının alınması daxildir.

Müqtəda Əl-Sədr on minlərlə davamçısı arasında böyük nüfuza malikdir. Ona sadiq qüvvələr Bağdadın böyük hissəsinə nəzarət edib və İslam Dövləti qrupunun 2014-cü ilin iyununda Suriya sərhədini keçib ölkənin geniş ərazilərini ələ keçirməsindən sonra Bağdadın müdafiəsində kömək göstərib.

Digər yarı-hərbi qruplar, xüsusilə də İran tərəfindən maliyyələşdirilib təlim verilən dəstələr son il ərzində İraqın şimal və qərb bölgələrində İslam Dövləti qrupuna qarşı ciddi müqavimət göstərilməsində nüfuz qazanıb.

"Öz adımdan və sülh və İslamı sevənlər adaından onların siyasi, maliyyə motivlərindən və ya başqa münaqişəli məsələdən, ya da girovdarların kimliyindən asılı olmayaraq azad edilməsini tələb edirəm"-deyə Müqtəda Əl-Sədr türk girovlarla bağlı internetdə öz davamçılarına müraciətində bildirib.

Sədr Baş nazir Haydar Əl-Abadi tərəfindən keçən ay korrupsiya və təsərüfatsızlıq nəticəsində çökmüş sistemi bərpa etmək təşəbbüsünə dəstək verib. O, tərəfdarlarını Sistaninin Haydar Abadiyə cəsarətli addım atmağa üçün təzyiq göstərməsindən sonra islahatlar təşəbbüsünə dsətək verməyə çağırıb.

XS
SM
MD
LG