Accessibility links

Murad Ədilov 6 il həbsə məhkum edilib [Audio-müsahibə]


Vəkil Yalçın İmanovun Amerikanın Səsinə müsahibəsi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mayın 14-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Ədilov barəsində hökm oxunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib. Prokuror Ədilovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Yalçın İmanovla müsahibə
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Son sözündə Ədilov bildirib ki, o, qardaşı Natiq Ədilovun müxalifətçi və jurnalist kimi fəaliyyətinə görə siyasi motivlərlə təqib olunur.

N.Ədilov İnternetdə “Azərbaycan saatı” televiziya proqramının aparıcısıdır.

Həbs və istintaq zamanı Murad daim qardaşını fəaliyyəti haqqında sorğu-sual edilib.

M.Ədilov qeyd edib ki, onların ailə üzvləri ifadə azadlığına görə təqib olunur.

Bununla belə o qeyd edib ki, həbs cəzası onu sındırmayacaq və o, siyasi əqidəsindən dönməyəcək.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində məhkəmənin hökmünü əsassız, qanunsuz və ədalətsiz adlandırıb.

“Hökm çıxararkən məhkəmə dəlillərə deyil, ittiham tərəfin subyektiv rəylərinə əsaslanıb. Məhkəmə təhqiqatına əsaslansaydı, hakim M.Ədilova bəraət verməli idi. İbtidai istintaqa gəlincə, müdafiə tərəfinin vəsatətlərinə tamamilə məhəl qoyulmayıb”, vəkil bildirib.

İttiham tərəfi M.Ədilovun evində tapılmış, o cümlədən geyimində “aşkar edilmiş” narkotikin ona məxsus olduğu barədə sübut təqdim edə bilməyib.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Murad Ədilov 11 avqust 2014-cü ildə Sabirabad rayonunda saxlanılıb. O,”Azadlıq” qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Ədilovun qardaşıdır. Təqib və təzyiqlərlə əlaqədar Natiq Ədilov qardaşının həbsindən sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalıb, Fransandan sığınacaq alıb.

XS
SM
MD
LG