Accessibility links

Misirdə polislə nümayişçilər arasında qarşıdurma olub


Misirin təhlükəsizlik qüvvələri ilə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları arasında nümayişçilərin Təhrir meydanı istiqamətində hərəkət etmək istədiyi vaxt qarşıdurma baş verib.

Polis qüvvələrinin çevik hərəkət etməsi nümayişçilər üçün gözlənilməz olub.

Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Daha sonra hadisə yerinə zirehli polis avtomobilləri və silahlı hərbçilər gətirilib.

Cənab Mursinin dəstəkçiləri onun səlahiyyətlərinin bərpasını tələb edirlər.

Nümayişçilər həmçinin hərbçilərin dəstəklədiyi hökumətin nümayişlərin keçirilməsinə məhdudiyyətlərin qoyulduğu yeni qanununa etiraz ediblər.
XS
SM
MD
LG