Accessibility links

Məhəmməd Mursinin məhkəməsində 6 müttəhim ölüm cəzasına məhkum edilib


Misirdə hakimiyyətdən devrilmiş sabiq prezident Məhəmməd Mursinin məhkəməsində 6 müttəhim ölüm cəzasına məhkum edilib. Onlar Qətərə məxfi məlumat ötürməkdə ittiham edilirdi. Sabiq prezidentin məhkəmə qərarı isə təxirə salınıb.

Digər 5 nəfərin hökmü dini rəsmilərin nəzərdən keçiriməsi məqsədi ilə hələ oxunmayıb.

​Şüşə qəfəsdə məhkəməyə gətirilən Mursi gülümsəyərək, əli ilə qələbə işarəsi göstərib. Mursinin hökmü iyun ayının 18-dək təxirə salınıb.

Ölkənin demokratik yolla seçilmiş ilk prezidenti olan Mursi daha əvvəl 2012-ci ildə prezident sarayı qarşısında nümayiş keçirən etirazçıların qətli ilə əlaqədar 20 il həbs cəzasına məhkum edilmişdi.

Müsəlman Qardaşları Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Qətərin Əl-Cəzirə tele-kanalına Mursi və onun tərəfdarlarının məhkəməsinin siyasi motivlərə əsaslandığını bildirib. O, Misirin ədliyyə sisteminin prezident Əbdel Fəttah Əl-Sissinin əli altında işlədiyini deyib.

Misir hərbi qüvvələri Mursini 2013-cü ildə milyonlarla insanın onun hökumətini gücdən sui-istifadə etməkdə ittiham edərək küçələrə çıxmasından sonra devirmişdi. O vaxtdan bəri o zaman ordu başçısı, hazırda isə prezident olan Əbdül Fəttah Əl-Sissi hökuməti Müsəlman Qardaşları təşkilatının on minlərlə üzvü və tərəfdarını həbs edib.

XS
SM
MD
LG