Accessibility links

Misir prezidenti Məhəmməd Mursi xalqa müraciət edərək ölkəni yenidən qurmaq üçün birgə işləməyə çağırıb.

Parlamentin yenicə toplanan yuxarı palatası qarşısında çıxışı zamanı cənab Mursi deyib ki, hazırda ölkənin diqqətini "iş, ciddilik və cəhdlər" üzərinə yönəltməsi vaxtıdır.

O, Süveyş kanalı və Sinay yarımadası kimi ərazilərdə investisiya və iş yerlərinin yaradılması planlarını açıqlayıb.

Son həftələrdə qeydə alınan nümayişlər və zorakılıqlar 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsindən bəri onsuz da böhran vəziyyətində olan iqtisadiyyatı daha da pisləşdirib.

Cənab Mursi çıxışında yeni Konstitusiyanı müdafiə edərək onun hamıya bərabər hüquqlar tanıdığını bildirib.

Bir neçə gün öncə prezidentin imzası ilə yeni Konstitusiya qüvvəyə minib.
XS
SM
MD
LG