Accessibility links

Güneyli fəallar Ağ Evin qarşısında Murtaza Muradpura dəstək aksiyası keçirib


ABŞ-da yaşayan güneyli fəallar paytaxt Vaşinqtonda Ağ Evin qarşısında Təbrizin mərkəzi həbsxanasında iki aydır aclıq aksiyasını davam etdirən milli fəal Murtaza Muradpura dəstək aksiyası keçirib.

Güneyli fəallar əllərində "İranda azərbaycanlılara qarşı mədəni aparteid siyasətinə son qoyulsun" yazılmış plakatlar və İranda həbsdə olan azərbaycanlı milli fəalların fotolarını tutub.

Aksiyanın təşkilatçılarının Amerikanın Səsinə bildirdiyinə görə, aksiyanın əsas məqsədi Birləşmiş Ştatlar hökumətinin diqqətini İranda azərbaycanlıların milli və mədəni hüquqlarının pozulması və güneyli fəalların həbsi məsələlərinə cəlb etməkdən ibarətdir.

Birləşmiş Ştatlarda İranda Azərbaycan türklərinin hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar Murtaza Muradpurun sağlıq durumu ilə bağlı ciddi narahatlıq bildiriblər.

Murtaza Muradpur aclıq aksiyasının 44-cü günündə
Murtaza Muradpur aclıq aksiyasının 44-cü günündə

Təbrizin mərkəzi həbsxanasında saxlanan Murtaza Muradpur azadlıq tələbilə ikinci aydır aclıq aksiyasını davam edirir. Onun qardaşı Fərdin Muradpur Amerikanın Səsinə müsahibəsində deyib ki, Murtaza Muradpur tələbləri yerinə yetirilmədiyi təqdirdə aclıq aksiyasına son verməyəcəyini bildirib.

Murtaza Muradpurun vəkilinin yazdığına görə, o, üç illik həbs müddətinin "2 ilindən çoxunu artıq keçirib və hazırda 134-cü maddənin ikinci hissəsinə əsasən sərbəst buraxılmalıdır".

XS
SM
MD
LG