Accessibility links

Murtaza Muradpur 65 günlük aclıq aksiyasına son verib


Murtaza Muradpur aclıq aksiyasının 44-cü günündə

Murtaza Muradpur aclıq aksiyasının 44-cü günündə

Fərdin Muradpur bu gün qardaşı Murtazanın anasının tələbini qəbul edərək oktyabr ayının 25-dən başlatdığı aclıq aksiyasına son verdiyini bildirib.

Oğluna dəstək üçün Təbrizdə məhkəmə qurumları önündə piket təşkil edən Məsumə Əmani keçən gün ilk dəfə olaraq oğlu Murtaza Muradpurdan aclığa son verməsini tələb etmişdi.

Muradpur ailəsi daha öncə bildirmişdi ki, “Murtaza Muradpur İran İslam Respublikasının öz qanunlarının icrasının tələbi ilə aclıq aksiyası təşkil edib və başqa bir tələbi yoxdur. O, İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq olunmasını istəyib.”

Fərdin Muradpurun bu gün öz Facebook səhifəsində paylaşdığı məlumatda məsulların həmin tələblərə nəhayi cavabına işarə olunmayıb.

Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan türk fəal Əkbər Paşayi Murtaza Muradpurun aclıq aksiyasının toplumda geniş əks-səda doğurduğunu ifadə edir.

“Murtaza Muradpurun iki aydan artıq sürən aclıq aksiyası Azərbaycana yayılıb, türklər arasında dillərə düşdü. Burada bir dirənişinin olduğunu, insanların zülmə qarşı mübarizədə canlarını ortaya qoyduğunu göstərdi,” deyə Paşayi söyləyir.

Show comments

XS
SM
MD
LG