Accessibility links

Murtuz Nurməhəmmədi “pantürkizm” ittihami ilə mühakimə edilib


Murtuz Nurməhəmmədi Nadarlı

Murtuz Nurməhəmmədi Nadarlı

Mədəni fəalın türkcə kitab sərgisi təşkil etdiyi üçün mühakimə edildyi bildirilir

İranın Şərqi Azərbaycan vilayətində İnqilab Məhkəməsi mart ayının 14-də mədəni fəal Murtuz Nurməhəmmədi Nadarlını Azərbaycan türkcəsində kitab sərgisi təşkil etdiyi üçün “pantürkizm təbliğatı” ittihamı ilə mühakimə edib.

Bu haqda İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi məlumat verib.

Yayılan məlumata əsasən, Nurməhəmmədi Şərqi Azərbaycanın Şəbistər şəhərində İran polisinin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) şikayəti ilə məhkəməyə göndərilib.

Şəbistər şəhərinin polis qüvvələri fevral ayının 3-də Nadarlı kəndinin fəalları tərəfindən təşkil edilmiş kitab sərgisində nümayiş etdirilən bəzi kitabları müsadirə edərək sərginin məsulu Murtuz Nurməhəmmədi haqqında İran İnqilab Məhkəməsinə şikayət etmişdilər.

HRA-nın məlumatına görə, müsadirə edilən kitablar əlaqədar dövlət qurumlarının icazəsi ilə nəşr edilib.

Amerikanın Səsinin Nurməhəmmədinin yaxınlarından əldə etdiyi məlumata görə, türk fəal məhkəmə sessiyası bitdikdən sonra 20 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük”kimi ittihamlarla üzləşirlər.

Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm ittihamının “anlaşılmaz şəkildə yazılmış” bir ittiham kimi dəyərləndirir.

XS
SM
MD
LG