Accessibility links

Azərbaycan parlamentinin keçmiş spikeri dəfn olundu [Video]


Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi

Murtuz Ələsgərov 1996-2005-ci illərdə Milli Məclisin sədri olub

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi

Azərbaycan parlamentinin keçmiş sədri Murtuz Ələsgərov uzun sürən ağır xəstəlikdən sonra 84 yaşında vəfat edib. Onunla Şəhriyar adına Mədəniyyət Mərkəzində iki saatlıq vida mərasimi olub. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin deputatları, hökumətin üzvləri, ziyalılar, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak edib.

Murtiuz Ələsgərov Fəxri Xiyabanda torpağa tapşırılıb.

Murtuz Nəcəf olğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni ilə təltif edilib.

M.Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

XS
SM
MD
LG