Accessibility links

Rasim Musabəyov: `Rusiya Gürcüstanda istədiyini edə bilməyəcək` [Audio]


Politoloq Gürcüstanda baş verənlərin süni şəkildə şişirdildiyini deyir

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində Gürcüstan hadisələrindən danışıb.

Rasim Musabəyovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:06:33 0:00



Rasim Musabəyov Gürcüstanda aparılan islahatların həddən artıq şişirdildiyini dedi. O, orduda, polisdə, cəzaçəkmə müəssisələrində vəziyyətin radikal dəyişdirildiyinin bildirildiyini, lakin son hadisələrin bunun belə olmadığını göstərdiyini, bir çox qüsurların hələ də mövcud olduğunu bildirdi. Lakin Rasim Musabəyov bütün bunların süni şəkildə böyüdüldüyünü, Saakaşvili və onun hökumətinə qarşı təxribat olduğunu və Gürcüstan xalqının tərəddüd edən bir hissəsinin hökumətə qarşı olacağını dedi. Bütün bunlara baxmayaraq, Rasim müəllim hakim partiyanın tam məğlub olacağını düşünmədiyini bildirdi.

Politoloq Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinin xeyli dəyişdiyini dedi. O, əvvəllər azərbaycanlıların hüquqlarının tamamilə pozulduğunu, işzis qaldıqlarını, azərbaycanlıların qarət olunduqlarını dedi və Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra vəziyyətin tamamilə dəyişdiyini bildirdi.

Rusiyanın Gürcüstan siyasətinə gəldikdə isə, Rasim Musabəyov Gürcüstanda heç vaxt Rusiyanı qane edən prezidentin olmayacağını dedi. O, Rusiyanın istədiyi siyasətçini Gürcüstanda hakimiyyət başına gətirməsinin qeyri-mümkün olduğunu, Gürcüstanda hakimiyyətəbaşına gələn hər bir insanın bu və ya digər şəkildə eyni siyasəti yürüdəcəyindən əmin olduğunu bildirdi. Buna görə də o, Rusiyanın Gürcüstanda güclü hökumətin olmasında maraqlı olmadığını və ölkədə vəziyyətin qarışıq olmasını istədiyini dedi.
XS
SM
MD
LG