Accessibility links

Azərbaycanda QHT-lərin problemləri necə həll edilir? – iki baxış [Video & Audio müsahibə]


QHT forumu
QHT forumu

QHT rəhbərləri Oqtay Gülalıyev və Sahib Məmmədovun Amerikanın Səsinə müsahibəsi

“Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün İdarə Heyəti oktyabrın 25-də Astanada keçiriləcək toplantısında Azərbaycanın islahedici tədbirlər planını yerinə yetirməsi ilə bağlı qiymətləndirmə aparacaq və ölkənin üzvlük statusu məsələsinə baxacaq. Bir il öncə “Beynəlxalq Təşəbbüs” Azərbaycanın üzvlük statusunu namizədlik statusuna endirib və islahedici tədbirlər planı təqdim edib.

Amerikanın Səsi islahedici tədbirlər planının yerinə yetirilmə vəziyyəti ilə bağlı koalisiyanın iki əks mövqeli üzvü, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev və “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədovla müsahibə aparıb.

Müsahibələri təqdim edirik:

“Mənim barəmdə 2012-ci ildə açılmış çinayət işinə 4 il 6 aydan sonra, bu il oktyabrın 20-də xitam verilib. Cinayət işinə xitam verilməsi oktyabrın 25-də Astanada keçiriləcək “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” üzrə Beynəlxalq İdarə Heyətinin iclası öncəsi Azərbaycanın islahedici tədbirlər planı çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır”. Bu barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri, “Mədən Sənayesində Şəffaflığın Artırılması” üzrə QHT Koalisiyasının Şura üzvü Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Oqtay Gülalıyev: Azərbaycanda vətəndaş cəmiyyətinə baxış dəyişməlidir
please wait

No media source currently available

0:00 0:06:10 0:00

Onun fikrincə, islahedici planın əsas məsələlərindən biri Azərbaycanda vətəndaş cəmiyyətinə basqıların aradan qaldırılması, koalisiyanın üzvü olan QHT nümayəndələrinin problemlərinin həlli ilə bağlıdır.

“Beynəlxalq sənədlərdə, çağırışlarda ən çox adı keçən şəxslərdən biri də mən idim”.

Gülalıyev hesab edir ki, koalisiya üzvü olan QHT-lərin problemlərinin həlli istiqamətində son bir ildə bəzi addımlar atılıb.

“Bu addımlar içərisində onların bank hesablarından həbsin götürülməsi, dövlət reyestrindən çıxarışların verilməsi, bəzi layihələrin icrasına başlanılması, koalisiya üzvü olan təşkilatların ofislərindən götürülmüş əmlakların geri qaytarılması, vergi borclarının silinməsi ilə bağlı məsələlərdir. Bu məsələlərin həlli istiqamətində müəyyən addımlar atılıb və son günlərdə QHT-lərin qeydiyyatı ilə bağlı onların bir qismi Ədliyyə Nazirliyinə dəvət olunub. Bunlar pozitiv addımlardır”, o qeyd edib.

Bununla yanaşı, Gülalıyev koalisiya və ölkədəki QHT sektoru ilə bağlı problemin bütövlükdə həll olunduğunu düşünmür.

Hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinə baxış dəyişməlidir. Əgər, bu gün dövlət rəhbərliyi səviyyəsində vətəndaş cəmiyyəti “beşinci kalon” adlandırılırsa, xaricdən maliyyələşən, xaricə işləyən emissarlar kimi təqdim olunursa, digər atılan addımlar, verilən fərman və sərəncamlar bu ittihamın qarşısında çox kiçik addımlardır.

Oqtay Gülalıyev

“Əgər, ölkədə vətəndaş cəmiyyətinin ümumi problemləri həll olunmursa, qanunvericilikdə edilən məhdudlaşdırıcı maddələr aradan qaldırılmayıbsa, burada problemin həllindən danışmaq bir az tezdir. Müəyyən pozityiv addımlar atılsa da, bu, problemin tam həlli demək deyil. Hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinə baxış dəyişməlidir. Əgər, bu gün dövlət rəhbərliyi səviyyəsində vətəndaş cəmiyyəti “beşinci kalon” adlandırılırsa, xaricdən maliyyələşən, xaricə işləyən emissarlar kimi təqdim olunursa, digər atılan addımlar, verilən fərman və sərəncamlar bu ittihamın qarşısında çox kiçik addımlardır”.

O bir sıra vətəndaş cəmiyyəti təşkilatlarına, onların rəhbərlərinə qarşı məhdudlaşdırıcı addımların davam etməsini, bəzilərinin xaricə çıxışına imkan verilməməsini, bəzilərinin ofislərindən götürülən sənədlərin hələ də geri qaytarılmamasını, bəzilərinin əsassız olaraq həbs həyatı yaşadığını, bəzilərinin təqib və təzyiq altında olduğunu bildirib.

Sahib Məmmədov
Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri,

Mədən Sənayesində Şəffaflığın Artırılması” üzrə QHT Koalisiyasının üzvü Sahib Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün İdarə Heyəti oktyabrın 25-də Astanada keçiriləcək toplantısında Azərbaycanın islahedici tədbirlər planının yerinə yetirməsi ilə bağlı məsələni müzakirə edəcək və Azərbaycanın üzvlüyə qaytarılması məsələsinə baxacaq.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:08:00 0:00

“İslahedici tədbirlər planı əsasən koalisiyaya daxil olan QHT-lərlə bağlı fikirlərdir. Koalisiyaya daxil olan QHT-lərin bir neçəsinin bank hesablarına müvəqqəti həbs qoyulmuşdu, bir çoxları qrantlar almışdılar, onları icra edə bilmirdilər, çünki bildiriş ala bilmirdilər, bir qism QHT rəhbərlərini hava limanında xüsusi yoxlayırdılar. Təbii ki, təhlükəsizliklə bağlı hamı yoxlanmalıdır, məni də yoxlayırlar. Amma, onlara xüsusi diqqət yetirirdilər. Eyni zamanda, bir neçə təşkilat var idi ki, - deyəsən bir təşkilat idi,- sənədləri götürülmüşdü. Bir neçə təşkilat isə iddia edirdi ki, onlar barəsində cinayət işi var. Onlar əslində sənədləri belə düzəldiblər, belə işlər olmayıb. Nə Qubad İbadoğlu barədə, nə digərləri barədə. Yalnız, Elçin Abdullayev barədə cinayət işi başlanıb, ona da dərhal xitam verilib. İslahedici tədbirlər sırasında əsasən bu məsələlərin həlli qoyulmuşdu”, o qeyd edib.

Azərbaycanın üzvlük statusu bərpa edilə bilər və problemin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün dialoq davam etdirilər.

Sahib Məmmədov

Onun fikrincə, yuxarıda sadaladığı problemlər demək olar ki, həllini tapıb.

“Yalnız bir neçə təşkilat iddia edir ki, hesabları üzərindən həbs götürülüb, ancaq hesablarındakı vəsaitdən istifadə edə bilmir”.

O hesab edir ki, Astanada keçiriləcək toplantıda Azərbaycan üzvlüyə qaytarılmalıdır.

“Hiss edirəm ki, Azərbaycana qarşı qərəzli beynəlxalq kampaniya da var. Amma, Azərbaycanın üzvlük statusu bərpa edilə bilər və problemin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün dialoq davam etdirilər”.

Məmmədovun fikrincə, QHT-lərlə bağlı problemlər də var.

“Bu, qrantlara çıxışla bağlı problemdir. İndi prezident qrantlara çıxışla bağlı vahid pəncərə sistemi ilə barədə fərman verib. Problem var, amma bunun həllinə səy də var”.

Məsələn, bir xarici donor burada nümayəndəlik açmalıdır. Nümayəndəlik Ədliyyə Nazirliyi ilə saziş bağlamalıdır. Yalnız ondan sonra, oqrant verə bilər. Qrant verərkən onun Maliyyə Nazirliyində sosial-iqtisadi əsaslandırılması həyata keçirilməlidir. Bundan sonra artıq həmin qrant üçün bildiriş alınmalıdır. Qrantı QHT-yə verəndən sonra həmin QHT yenidən bildiriş almalıdır və s. Görüsünüz xeyli prosedurdur. Bəzən bu prosedurları dəf etmək mümkün deyil.

Sahib Məmmədov

O QHT sektorundakı ümumi problemlərə də toxunub.

“Bunlardan biri xarici ölkələrdən olan donorların qrantlarına çıxışın mürəkkəbliyidir. Prosedurun özü çox qəlizdir. Məsələn, bir xarici donor burada nümayəndəlik açmalıdır. Nümayəndəlik Ədliyyə Nazirliyi ilə saziş bağlamalıdır. Yalnız ondan sonra, oqrant verə bilər. Qrant verərkən onun Maliyyə Nazirliyində sosial-iqtisadi əsaslandırılması həyata keçirilməlidir. Bundan sonra artıq həmin qrant üçün bildiriş alınmalıdır. Qrantı QHT-yə verəndən sonra həmin QHT yenidən bildiriş almalıdır və s. Görüsünüz xeyli prosedurdur. Bəzən bu prosedurları dəf etmək mümkün deyil. Məsələn, xaricdə bir fonddur burada nümayəndəliyi yoxdur və Azərbaycana heç bir qrant verə bilməyəcək. Biz hesab edirik, bu həll olunmalıdır. İndi “Açıq Hökumət” və “Vətəndaş-Hökumət” dialoqu çərçivəsində bu məsələ müzakirə olunub. Hesab edirəm ki, bunun nəticəsidir ki, ölkə prezidenti qrantların verilməsində “vahid pəncərə”prinsipinin tətbiqi ilə bağlı fərman verdi. İnid biz gözləyirik ki, Nazirlər Kabineti bunun tətbiqi ilə bağlı prosedurlar hazırlyacaq. İndi götək, icraçılar kimlər olacaq. Bilirik ki, icraçılar yenə qeyri-kommersiya təşkilatları üçün Ədliyyə Nazirliyidir, kommersiya qurumları üçün İqtisadiyyat Nazirliyidir. Amma, vahid pəncərə tətbiq olunacaq. Bu elektron qaydada olsa daha əlverişli olar. Biz bütün hallarda buna pozitiv yanaşırıq. Amma, vahid pəncərə işə düşəndən 5-6 ay sonra baxacağıq ki, problemləır həll olunubmu?”

Məmmədovun fikrincə, ictimai birliklərin Ədliyyə Nazirliyində hüquqi şəxs alması çətindir.

“Amma, son dövrdə 17-18 təşkilat qeydiyyatdan keçib. İl ərzində ortalama 150 təşkilat qeydiyyatdan keçir. Amma, hüquqi şəxs statusu almaq istəyənlər də çoxdur. Onların bəziləri bir neçə dəfə sənəd veriblər qeydiyyata alınmayıb”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG