Accessibility links

Müşahidə Qrupu: "Suriya qüvvələri sünniləri evlərindən qaçmağa təhrik edir"


Mideast Syria

Mideast Syria

Suriyada fəallar deyir ki, minlərlə sünni müsəlman qonşu kənddə kütləvi qırğından sonra həyata keçirilən hücumlardan qorxaraq sahil şəhəri olan Baniası tərk edib.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqlarını Müşahidə qrupu bu gün səhər 4000-dən çox insanın evlərindən didərgin düşdüyünü açıqlayıb. Qrup rəsmisi Amerikanın Səsinə bildirib ki, hökumət tərəfdarı təhlükəsizlik qüvvələri insanları qaçmağa təhrik edirlər.

Müşahidə Qrupu habelə Suriya qüvvələrini cümə axşamı günü Bayda kəndində qadın və uşaqlar da daxil olmaqla 150 nəfərin həyatına son qoyan kütləvi qətliam həyata keçirməkdə ittiham edib.

Bayda kəndi əsasən üsyançı hərəkatda üstünlük təşkil edən sünni müsəlmanlar tərəfindən abadlaşdırılmışdı.
XS
SM
MD
LG